إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbulda "İmam Əli (ə)" məscidinin işığının kəsilməsinə etiraz

İstanbulda "İmam Əli" məscidinin işığı yenidən kəsilib

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, İstanbulda Bağcılar rayonunda "İmam Əli" adında olan məscidin işığı kəsilib. Buna etiraz olaraq çox sayda müsəlman məscid önünə cəm olublar. Onlar Dövlətin Dini İşlər idarəsinin şiə məscidlərini özünətabe etmək istəyinə etiraz edərək məscidin də işığının söndürülməsini bununla əlaqələndiriblər.

Qeyd edək ki, Türkiyə Diyanəti  (Dini İşlər idarəsi) bir müddətdirki "İmam Əli (ə)" məscidini özünə tabe etmək üçün müxtəlif addımlar atmaqdadır. İyul ayında bu rayonun müftisi "Ya bizə tabe olacaqsınız, ya da İrana köçün" deyərək ölkədə dini-məzhəbi ayrı-seçkiliyə imza atmışdı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2015  13:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!