إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəşər Əsəd - Suriyada münaqişələrin yaxın gələcəkdə nizamlanacağı inandırıcı deyil

ABŞ Səudiyyə Ərəbistanı başda olmaqla bölgədəki digər müttəfiqləri bu qənaətdə idilər ki,Suriya münaqişəsinin həlli üçün  ölkə prezidenti istefa verməlidir.Eyni fikirlər dəfələrlə Fransa prezidenti Frnsua Olland tərəfindən də səsləndirilib.

Ahlibeyt.az-ın BBC-yə istinadən məlumatına görə,bunu Suriya prezidenti Bəşər Əsəd Livanın Əl-Mənər televiziyasına müsahibəsi zamanı bildirib. Nadir hallarda televiziya qarşısına çıxan Əsəd ona qarşı yönəlmiş beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiya və İranın dəstəyinə etibar etdiyini bildirib. Əsəd qeyd edib ki, İranla altılıq ölkələri arasında nüvə proqramı zamanı Suriya məsələsinin də gündəmə gətirilməsi cəhdləri İran tərəfindən qətiyyətlə rədd edilib və əldə olunan razılaşmadan sonra Suriyada münaqişənin həlli üçün Tehran və Moskvanın ona dəstək olmaqdan əl çəkəcəyi iddiaları doğru deyil.

Bəşər Əsəd: “Ruslara olan etibarımız sarsılmazdır. Onlarla onilliklər  boyu yaxın münasibətlərimiz mövcuddur və səmimi dost olduqlarını sübut ediblər. Ruslar bizi heç nəyə vadar etmirlər. Razılaşma təkcə biz özümüz - suriyalılar bir-birimizlə danışıqlar masası arxasında oturduqda mümkün olacaq”.

Əsədin sözlərinə görə, Suriyada münaqişələrin yaxın gələcəkdə nizamlanacağı inandırıcı deyil. Əsəd qeyd edib ki,Suriyada münaqişənin həlli yalnız xarici ölkələr Suriyaya qarşı yönəlmiş təxribat və terrorizmin maliyyələşdirilməsi prosesini dayandırdıqda mümkün olacaq.

Prezident ölkədə beynəlxalq müşahidəçilərin nəzarəti altında seçkilərin keçirilməsi məsələsinə toxunaraq vurğulayıb ki,beynəlxalq müşahidəçilərin seçkilərə nəzarəti, Suriyanın suverenliyinin pozulması deməkdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2015  10:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!