إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Böyük Britaniyadan xəbərdarlıq - Suriya münaqişəsi İran və Rusiya olmadan həllini tapmayacaq

“Biz rusların və iranlıların iştirakı olmadan Suriya münaqişəsi barədə öz aramızda danışıqlar aparırıq. Amma münaqişənin həllinə nail olmaq istəyiriksə, iranlıları və rusları da bu danışıqlara qatmalıyıq.”

Ahlibeyt.az-ın İnteraz-a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın XİN rəhbəri Filip Hamond Tehrana səfəri çərçivəsində deyib.

Britaniy XİN rəhbəri Suriya münaqişəsi və bölgədə olan digər münaqişələrin həllində İranın həlledici roluna toxunaraq bəyan edib ki, London bölgədə təsirli olmaq üçün Tehranla əməkdaşlıq etməlidir.

O, Suriya məsələsində əsas problemin Bəşər Əsəd olduğunu və bu barədə İranın XİN rəhbəri və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə danışıqlar apardığını vurğulayıb.

Xatırladaq ki, Filip Hammond ölkəsinin Tehrandakı səfirliyinin açılışını etmək üçün Tehrana səfər getmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2015  13:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!