|
• DünyadaŞəmkirdə "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda konfrans keçirilib Avqustun 24-də Şəmkirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat orqanına istinadən verdiyi xəbərə görə, Konfransı giriş sözü ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açıb. DQİDK-nın sədri Mübariz Qurbanlı “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaslı, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək İslamın yad təsirlərdən qorunmasında, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıblar.
Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi İslam dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirilib. İclasda komitənin sədr müavini Səyavuş Heydərovun “Dini ekstremizmlə mübarizə”, şöbə müdiri Ruslan Əsgərovun “Sosial mediada din təbliğatı”, sektor müdiri Anar Əlizadənin “Azərbaycanda missionerlik fəaliyyəti” mövzularında məruzələri dinlənilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2015 12:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |