إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi - “Həcc müsəlmanların vəhdətinin təzahürü və bunun üçün həqiqi fürsətdir”

Həcc ziyarəti İslamın öz varlığını davam etdirməsinin qarantı, İslam ümmətinin vəhdət və əzəmətinin təzahürüdür

Ahlibeyt.az-ın leader.ir-ə istinadən verdiyi xəbərə görə,bunu İranın ali dini rəhbəri Ayətullah Xameneyi Həcc və digər müqəddəs məkanlara ziyarətlərin təşkilinə cavabdeh olan rəsmilərlə keçirdiyi görüşdəbildirib.

O, Allah-taalanın vacib buyurduğu bu böyük ibadətin fərdi və ictimai aspektlərinə paralel surətdə diqqət yetirmək lazım olduğunu vurğulayaraq qeyd etdi ki, İran xalqının vəhdət və bölünməzlik təcrübəsinin möhtəşəm həcc toplanışına ötürülməsi İslam ümmətinin daha artıq birlik, həmrəylik və iqtidarına yol açacaq.

İslamdakı digər vacib ibadətlərlə müqayisədə həccin misilsiz özəlliklərə malik olduğunu bildirən Ayətullah Xameneyi qeyd edib ki, “Həcc fərdi və ictimai olmaqla iki fərqli aspektə malikdir. Bunlardan hər birinə riayət edilməsi hacıların və müsəlman xalqlarının dünya və axirət səadətinə qovuşmasında müstəsna təsirə malikdir”.

Allahın evini ziyarət edərək həcc ayinlərini yerinə yetirməyin ruhun saflaşması, Uca Yaradana yaxınlaşmaq, insanın qalan bütün ömrü üçün mənəvi ehtiyat əldə etməsi baxımından misilsiz bir fürsət olduğunu deyən dini lider həcc zəvvarlarına xitabən vurğulayıb ki, “Həccin hər bir ayininin ayrı-ayrılıqda qədrini bilin, ruhunuzu və canınızı bu böyük nemətin çeşməsində paklayaraq sirab edin”.

Həccin sosial aspektini də açıqlayan Ayətullah həmin günlərdə irqindən, məzhəbindən, zahiri görünüşündən, hansı mədəniyyətin daşıyıcı olmasından asılı olmayaraq, bütün xalqların eyni vaxda Məkkə və Mədinədə olduğuna toxunaraq dedi: “Həcc müsəlmanların vəhdətinin təzahürü və bunun üçün həqiqi fürsətdir”.

Ayətullah Xameneyi müxtəlif yollarla, o cümlədən milli mənsubiyyət məsələsini qabartmaqla İslam ümmətinin əsl həqiqətini və əhəmiyyətini arxa plana keçirənləri sərt tənqid edərək aşağıdakıları vurğuladı: “Həcc ziyarəti İslam ümmətinin formalaşdırılmasına məna yükü ilə dolu bir nümunə, dünya müsəlmanlarının birgə, həmrəy və həmdərd olması üçün olduqca böyük bir fürsətdir”.

O, həccin digər mühüm ictimai aspektləri sırasında bu böyük ibadətin özündə İslam ümmətinin əzəmətini təzahür etdirməsini və müsəlmanların təcrübə mübadiləsi üçün fürsət yaratmasını qeyd edərək bildirib- “Müsəlman xalqlarının faydalı təcrübələrinin bəyan və əks olunması İslam ümmətinin güclənməsinə yol açır”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2015  15:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!