|
• DünyadaAyətullah Sistanidən İraqın bölünmə təhlükəsi barədə xəbərdarlıq“Təhlükəsizlik müəssisələrində rüşvətxorluq və vəzifədən sui-istifadə halları olmasaydı, İŞİD ölkə ərazilərini nəzarətə keçirə bilməzdi. Belə olmasaydı, müctəhidlər xalqı silah götürüb orduya qoşulmağa da çağırmazdı. Bu gün həqiqi islahat aparılmasa, fəsad və rüşvətxorluğun səbəkarları kənarlaşdırılmasa vətəni sevənləri narahat edən bölünmə təhlükəsi baş verə bilər” Ahlibeyt.az-ın SalamNews–a istinadla verdiyi xəbərə görə, bunu İraq və islam dünyasının nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistaninin ofisi öz bəyanatında deyib. Ayətullah Sistaninin ofisindən səsləndirilən bəyanatda ölkə rəhbərliyindən siyasi və təhlükəsizlik müəssisələrində lazımi islahatların aparılması tələb edilib. Qeyd edək ki, İraq baş naziri Heydər əl-Abadi son həftələrdə ölkədə siyasi islahatlar apararaq, bəzi nazirlikləri, vitse-prezident vəzifələrini və digər təhlükəsizliklə bağlı vəzifələrinin sayını azaldıb və ləğv edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2015 12:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |