إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İman və saleh əməl mərifətin iki qanadı

Hər bir insan özünə məxsus irfani dərəcəyə malik olur

Ahlibeyt.az-ın Shabestan-a istinadən verdiyi məlumata görə,bunu Ayətullah Ziyauddin Nəcfi Tehrani əxlaq dərslərində həqiqi və saxta irfani məktəb və üslublar haqqında bəhsi zamanı səsləndirib. O bildirib-İrfan insanın öz vəzifələrini tanımasına deyilir.

O irfani iki ümumi və xüsusi qismlərə bölərək qeyd edib ki, ən yüksək mərhələdə dayanan xüsusi irfan ariflər və rəbbani alimlərə aiddir. Bu qismin özünün də ən yüksək dərəcəsi vardır ki, o da məsumlara (ə) məxsussdur. Hər insan özünə məxsus irfani dərəcəyə malik olur.


“Vacibi əməlləri yerinə yetirmək və haramlardan çəkinmək həqiqi irfana nail olmağın ən asan və ən sürətli yoludur” -  deyə bilridən ayətullah iman və saleh əməlin insanın ilahi yüksəlişə və uca məqamlara yüksəlməsinin iki qanadı olduğunu vurğulayıb.


Bizim hər bir əməlimiz Allaha sevgidən doğur, lakin eşqin ən yüksək mərtəbəsi aşura səhnəsinə aiddir. İmam Hüseyn (ə) o səhnədə hər bir şeyindən Allaha xatir keçməyi nümayiş etdirdi.

Ayətullah Ziyauddin Nəcfi Tehrani həqiqi irfanın iman və əməl qanadı olmadan nəticə vermədiyini qeyd edərək uca məqamlara yüksəlmənin yolu ancaq bu iki qandala baş verir.


O insanın iki maddi və mənəvi- ruhani sahələrinə toxunaraq bildirib ki,İnsanın ruhani və ilahi yönümü maddi qüvvələrinin əksinə olaraq məhdud deyildir, əksinə sonsuzdur. İnsanın təlaş və mücadiləsi nə qədər çox olarsa bu yolda hərəkət və sıçrayışı da çox olacaqdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2015  15:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!