إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tehranda Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının altıncı konfransı keçirilir

Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının altıncı iclası “İslamın məqsədlərinin reallaşmasında birgə inkişaf və iştirak” şüarı Tehranda işə başlayıb

Ahlibeyt.az-ın İran mətbuatına istinadən məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səhər Tehranda Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının altıncı iclasının açılış mərasimində çıxış edib.

Ruhani İslam sərhədinin savaş və kobudluq deyil, etimad və iman olduğunu deyərək, vurğulayıb ki, İslamın səsi güllə ilə dünyaya elan olunmadı, əksinə məscidlərin minarələri və toplanışlarla səmərə verdi.Birsəslilik deyil, müxtəlif səslərin eşidildiyi azadlıq dünyasında müsəlmanlar ən yaxşı seçimə malikdirlər, zira din, sülhdür və zərurət məqamından başqa heç vaxt qılıncdan istifadə etmir və məntiq və dəlillərlə dünya ilə söhbət edir.

O qeyd edib ki, Dünən Qərb ilə Şərqin din dövrünün başa çatdığını elan etmək istədikləri zaman İran İslam İnqilabı bu məsələni aydınlaşdırdı ki, din həyatdır.Qərb ilə Şərqin dinin İslam Dünyasının ayrılmaz hissəsi olduğunu dərk etdikləri bu gün də yeni bir yol seçərək, İslam dinini zorakılıq və təfriqə dini kimi qərar veriblər və müsəlmanlar bu təhrif qarşısında dayanmalı və müqavimət göstərməlidirlər.

Konfransda İranın tanınmış din və siyasi xadimləri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş qonaqlar da iştirak edirlər.

Bu ilki tədbirə dünynın 130 ölkəsindən 500 qonaq qatılıb. Bildirilir ki, Assambleyaya 500 daxili qonaq da dəvətlidir.

Verilən məlumata görə İclaslar dörd gün sürəcəkdir.

Burada müxtəlif çıxışlar, ediləcək, fikir mübadiləsi aparılacaq. Bir sıra komissiyalar çərçivəsində də İslam dünyasının problemləri müzakirə ediləcək və həll yolları araşdırılacaqdır.

Assambleyanın baş ssesiyası çərçivəsində “İmam Səccad (ə) konfransı” da təşkil ediləcəkdir.İştirakçılar İmam Səccadın (ə) həyat və fəaliyyəti barədə araşdırmalar aparacaq və “Səhifeyi- Səccadiyə”nin siyasi motivləri üzərdə diskusiyalar aparılacaq.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2015  17:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!