|
• DünyadaLivanda xüsusi əməliyyat - Məhşur terroçu və keçmiş xətib həbs olunduVəhhabi lider Beyrut Beynəlxalq Hava Limanında həbs edilib Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.az-ın “Alalam”-ə istinadən verdiyi xəbərdə bildirilir ki,, Livan kəşfiyyatı ilə “Hizbullah” müqavimət hərəkatının birgə keçirdiyi xüsusi əməliyyat zamanı vəhhabi terrorçu şeyx Əhməd əl-Əsir Beyrut Beynəlxalq Hava Limanında həbs edilib. Təsdiqlənməmiş məlumata əsasən, o, Misirə getmək istəyərkən saxlanılıb. Qeyd edək ki, Əhməd əl-Əsir 2013-cü ildə Livan ordusuna qarşı Ədra rayonunun Sidon şəhərində silahlı hücum təşkil etdikdən sonra həbsi üçün Livan höküməti tərəfindən qərar çıxarılıb. Əhməd əl-Əsir Əbra məscidində vəhhabi ideologiyasını yaymaqla və terrorçu çıxışları ilə tanınıb. Livan ordusunun Əbra regionunda keçirdiyi əməliyyat zamanı Əhməd əl-Əsirin terrorçuluğu təbliğ etdiyi məsciddə və evində iri çaplı və digər silah-sursat aşkar edilib. Terrorçu vəhhabi şeyxinin Livan ərazisindən Suriyaya qaçaraq orada fəaliyyət göstərən “Nusra Cəbhəsi” və digər terorrçuların yanında sığınacaq tapdığı barədə məlumatlar verilirdi. Əhməd əl-Əsir Livan ordusunun əsir götürülən əsgərlərinin edam edilməsi və qaçırılmasında fəal iştirak edib. O, Livanda vəhhabiliyin və məzhəblərarası qarşıdurmanın qıcıqlandırılmasında aktiv fəaliyyətdə olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2015 17:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |