
Vəhhabi lider Beyrut Beynəlxalq Hava Limanında həbs edilib
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.az-ın “Alalam”-ə istinadən verdiyi xəbərdə bildirilir ki,, Livan kəşfiyyatı ilə “Hizbullah” müqavimət hərəkatının birgə keçirdiyi xüsusi əməliyyat zamanı vəhhabi terrorçu şeyx Əhməd əl-Əsir Beyrut Beynəlxalq Hava Limanında həbs edilib.
Təsdiqlənməmiş məlumata əsasən, o, Misirə getmək istəyərkən saxlanılıb.
Qeyd edək ki, Əhməd əl-Əsir 2013-cü ildə Livan ordusuna qarşı Ədra rayonunun Sidon şəhərində silahlı hücum təşkil etdikdən sonra həbsi üçün Livan höküməti tərəfindən qərar çıxarılıb.
Əhməd əl-Əsir Əbra məscidində vəhhabi ideologiyasını yaymaqla və terrorçu çıxışları ilə tanınıb. Livan ordusunun Əbra regionunda keçirdiyi əməliyyat zamanı Əhməd əl-Əsirin terrorçuluğu təbliğ etdiyi məsciddə və evində iri çaplı və digər silah-sursat aşkar edilib.
Terrorçu vəhhabi şeyxinin Livan ərazisindən Suriyaya qaçaraq orada fəaliyyət göstərən “Nusra Cəbhəsi” və digər terorrçuların yanında sığınacaq tapdığı barədə məlumatlar verilirdi. Əhməd əl-Əsir Livan ordusunun əsir götürülən əsgərlərinin edam edilməsi və qaçırılmasında fəal iştirak edib.
O, Livanda vəhhabiliyin və məzhəblərarası qarşıdurmanın qıcıqlandırılmasında aktiv fəaliyyətdə olub.