|
• DünyadaAyətullah Məkarim Şirazi Məşhəddə əhli-sünnə alimləri ilə gürüşübAyətullah Məkarim Şirazi Məşhəddə İmam Sadiqin (ə) şəhadət ildönümü günü bir qrup Əhli-sünnə alimi ilə görüşüb. Ayətullah Məkarim deyib: “Tarix boyu düşmənlər şeytani siyasətləri ilə İslam dünyasında təfriqə yaratmağa çalışıblar. Onlar İslam ölkələrinin iqtisadi, siyasi, mədəni mənbələrini zəiflətməyə səy göstəriblər. Bu yolla İslam ölkələrinə nəzarətin ələ alınmasına çalışılıb.” A. Məkarim İslamda kiməsə hansısa əqidənin zorla qəbul etdirilməsinə icazə verilmədiyinə işarə edərək deyib: “Bu gün İslam dünyasında qətllərə, qarətlərə əl atan qüvvələr müsəlman deyillər!” Təqlid mərcəsi müsəlmanların müqəddəs saydıqları şəxslərin təhqir edilməsinin haram olduğunu bildirərək deyib: “Biz Əhli-sünnənin müqəddəs saydığı şəxslərə hörmətlə yanaşırıq.” Cənab Məkarim bir müddət öncə Qum şəhərində keçirilən beynəlxalq konfransda əksər məzhəblərdən olan alimlərinin iştirakının müsəlmanlar arasındakı yekdilliyin, vəhdətin nişanəsi olduğunu bildirib. Böyük alim Əhli-Beytə (ə) məhəbbətin təkcə şiələr deyil, bütün müsəlmanların qəlbində olduğunu bildirib. Xatırladaq ki, bu səmimi görüşdə 100-dən çox Əhli-sünnə alimi, imam-cümə iştirak edib. Mənbə:Sizinyol.com Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2015 11:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |