إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fələstin müqavimət qüvvələri İsrailə məxsus pilotsuzun(PUA) idarəsini ələ keçiriblər

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın hərbi qolu sionist rejimə məxsus bir ədəd pilotsuz uçan aparatı(PUA) ələ keçirib

Ahlibeyt.az-ın Fələstin informasiya mənbələrinə istinadən verdiyi məlumata görə, İzzəddin Qəssam Batalyonları bildirib ki, fələstin müqavimət qüvvələri  İsrailə məxsus bir ədəd pilotsuz uçan aparatı ələ keçiriblər və bir neçə saatdan sonra onu yenidən uçuşa hazır vəziyyətə gətirməyi bacarıblar.

HƏMAS təşkilatı bildirib ki, bu pilotsuz uçan aparat, Həmasın mühəndislər bölməsi tərəfindən texniki baxımdan analiz edildikdən sonra, yenidən istifadəyə hazır vəziyyətə gətirilib və İzzəddin Qəssam Batalyonlarında ondan istifadənin edilməsi nəzərə alınıb.

Qeyd olunur ki, fələstinlilər bundan öncə də İsrailin bir neçə pilotsuz uçan aparatını vuraraq, yerə salmışdılar. Amma, bu ilk dəfədir ki, bir pilotsuz uçan aparat yenidən istifadəyə yararlı vəziyyətə gətirə bilirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2015  13:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!