إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Çeçenistanda İlk qadın çimərliyi açılıb(Foto)

Çeçenistanda "Qroznıy Dənizi"sahilində yerləşən "laquna"istirahət mərkəsi kompleksi daxilində qadınların daxil ola biləcəyi çimərlik fəaliyyətə başlayıb

Ahlibeyt.az-ın Tass agentliyinə istinadən verdiyi xəbərə görə,çimərlik ərazisinə yalnız qadın və qızlar o cümlədən 12 yaşına qədər olan oğlan uşaqları daxil ola bilərlər.

İstirahət zonasının rəhbəri Patimat Aqayeva bildirmişdir ki, ərazidə qadınların sərbəst istirahəti üçün tam şərait yaradılmı,həmçinin azyaşlı uşaqlar üçün əyləncə komleksi ayrılmışdır.

Bildirilir ki, 3 metr hündürlüyündə olan hasarla əhatələnmiş mərkəzdə tibb məntəqəsi,ibadət otağı da mövcuddur.

5min kv.metr ərazini əhatə edən çimərlik Xəzər dənizi ətrafından gətirilən qumla örtülüb.  Ərazidə FHN-nın nəzarət qüllələri qoyulub xüsusiləşdırilmiş xilasedici personal fəaliyyət göstərəcək.

Məlumatda qeyd olunur ki, Kompleks eyni zamanda minlərlə qadını qəbul edə bilir.Gələn müştərilərin xidmətinə katamaranlar.su velosipedləri,müxtəlif çimərlik alsesuarları verilir.Gələcəkdə kompleks daxilində payız-qış aylarında fəaliyyət göstərəcək qapalı basseyn,sauna və kotteclərin tikintisi nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2015  10:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!