إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Əl-Əqsa" məscidinə İsrail bayrağını sancmaq cəhdinin qarşısı alınıb

Qüdsdəki "əl-Əqsa" məscidini mühafizə edən fələstinlilər tərəfindən yəhudi aktivistlərin Məscidə İsrail bayrağını sancmaq cəhdinin qarşısını alılnıb.

ahlibeyt.az-ın Tass agentliyinə istinadən verdiyi xəbərə görə,bu barədə Fələstinin"əl Qüds qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, bir qrup yəhudi ekstremist  Məscidin ərazisinə zorla daxil olaraq İsrail bayrağını ora bərkitməyə cəhd edib. İsrail polisi "əl-Əqsa" məscidini mühafizə edən fələstinlilərin radikalları çıxarmaq xahişinə məhəl qoymayıb. Nəticədə toqquşma baş verib, üç nəfər xəsarət alıb. Onlardan biri məscid kitabxanasının mühafizəçisi Amr Ridvan olub.

Yeddi fələstinli saxlanılıb.

Qeyd edək ki,"Əl Əqsa" məscidi Məkkə və Mədinədən sonra müsəlmanların ehtiram etdiyi üçüncü müqəddəs məkanı hesab olunur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2015  08:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!