|
• DünyadaV.Putin - "Suriyanın parçalanmaması üçün Bəşər Əsəd hakimiyyətdə qalmalıdır”Qətərin paytaxtı Dohada Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı xarici siyasət idarələri rəhbərləri Sergey Lavrov, Con Kerri və Adel əl- Cubeyra arasında danışıqlar başlayıb Ahlibeyt.az-ın məlumatına görə, bu barədə RİA “Novosti”yə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib. Tərəflərin Suriya münaqişəsinin həllini, beynəlxalq terrorizmlə, o cümlədən Suriya və İraq ərazisində fəaliyyət göstərən İŞİD terror təşkilatına qarşı mübarizə məsələlərini müzakirə edəcəkləri gözlənilir. Bundan başqa söhbətin İranın nüvə proqramı üzrə hər şeyi əhatə edən anlaşmasının yerinə yetirilməsi barədə gedəcəyi də mümkündür. Rusiyanın diplomatik qaynaqları rəsmi Moskvanın Qətərin və ABŞ-ın paytaxtında baş tutan görüşmələrdə Suriya ilə birgə bölgə ölkələrinin İŞİD-ə, eləcə də digər terrorçu qruplara qarşı bir koalisyanın yaradılması planını açıqlayıb. Rəsmi Moskva bildirib ki, dəfələrlə Suriya və ətraf bölgələrdə vəhşət törədən terror qruplarına qarşı birgə mübarizə yolları təklif etsə də, sonda Səudiyyə Ərəbistanı və ABŞ buna razılıq verməyib. “Rusiya və Türkiyə prezidentlərinin görüşündə də Suriya məsələsi müzakirə edilib. Görüş zamanı Putin Ərdoğana qəti fikirini çatdırıb. Rusiya prezidenti deyib ki, Suriyanın parçalanmaması üçün müharibə bitənə qədər Bəşər Əsəd hakimiyyətdə qalmalıdır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2015 14:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |