إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan nümayəndə heyəti İran prezidenti Həsən Ruhani ilə görüşüb

Azərbaycan iqtisadi-inkişaf və sənaye naziri Şahin Mustafayev başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, FaktXeber.com-un “İRNA” agentliyinə istinadən verdiyi məlumatda bildirilir ki, Prezident Ruhani son 2 ildə İran ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişafına toxunaraq deyib: “Hər iki ölkə əlaqələrin bütün istiqamətdə genişlənməsi üçün lazımı potensiala malikdir. Nüvə anlaşmasından sonra dünyanın müxtəlif şirkətləri İranda sərmayə yatırmaq niyətindədir. Belə olan halda, təbiidir ki, qonşu ölkələr, xüsusilə Azərbaycan Respublikası ön sıralarda durur.”

Həsən Ruhani Şimal-cənub dəhlizinin ölkələr arasındakı önəminə işarə edərək, vurğulayıb ki, Azərbyacan Respublikası İranın Qafqaz ölkələrinə darvazası rolunu oynaya bilər: "Eyni zamanda İran da Azərbaycan üçün Fars körfəzi, Oman dənizi və digər ölkələr əlaqələrini genişləndirməsinə qapı ola bilər.”

Ruhani Xəzər dənizində birgə layihələrin həyata keçirilməsini də önəmli sayıb.

Öz növbəsində Azərbaycan nümayəndə heyətinin sədri Şahin Mustayaev İranın “altılıq” ölkələri anlaşmasını Həsən Ruhaniyə təbrik edərək deyib: "Azərbaycan xalqı və dövləti İranın əldə etdiyi bu nailiyyətə görə sevinir. İnanırıq ki, bu razılıq regionda və dünyada sülhün və sabitliyin qorunmasında önəmli rolu olacaq.”

Şahin Mustafayev iki ölkə prezidentlərinin görüşünə toxunaraq qeyd edib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan Respublikası tam gücü ilə ikitərəfli əlaqələrin bütün sahədə, o cümlədən, enerji, ticarət, nəqliyat, sənaye, aqrar sektor, neftkimya və bank sistemində genişləndirmək niyyətindədir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2015  14:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!