إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şeyx Sila - Syerra Leonedə bizim problemimiz yalnız vəhhabilərdir

Seyid Sistani müsəlmanlar üçün xəzinədir və Syerra Leonedə bizim problemimiz yalnız vəhhabilərdir

Ahlibeyt.az-ın Al-hasan.org-a istinadən verdiyi xəbərə görə,bunu    Syerra Leonenin paytaxtı Fritaun şəhərində yerləşən mərkəzi məscidin imam camaatı, “Ümumdünya Əhli-beyt (ə) Cəmiyyəti”-nin adı gedən ölkə üzrə nümayəndəsi, və Syerra Leonedə “Dinlər Birliyi” təşkilatının üzvü Şeyx Sila “Şafaquna əl-İraq” agentliyinin müxbirinə verdiyi müsahibəsində bildirib.

O qeld edib ki, “Təkfirçilər (vəhhabilər) dünya və axirətlərini itirmiş bir dəstədir. Syerra Leonedə şiələrlə sünnilərin əlaqələri sıx və möhkəmdir, yeganə problem isə vəhhabilərlədir.”

O bildirib ki,“Ağıl və məntiq dilinin axtarışında olduğumuz bu dövrdə Ayətullah Sistani dünya müsəlmanları üçün müdrik bir xəzinədir -Seyid Sistaninin “kifayi cihad” fətvası, İslamın dəyərli fətvalarındandır. O, öz fətvaları və müdrikliyi ilə həqiqətən də, həzrət Peyğəmbərin (s) nəslindən olduğunu sübuta yetirmişdir. Hər bir ziyalı insan, bu fətvanın dəyərli və faydalı olduğunu hesab edir. Uca Allahdan arzumuz budur ki, onu daha da gücləndirsin, ömrünü uzun etsin, dünyanın ədalət, düşüncə və müdriklik dilinə ehtiyac duyduğu bir zəmanədə müsəlmanlar üçün xəzinə qərar versin.”

Şeyx Sila “Boko Haram”, “İŞİD” və bu kimi təkfirçi qruplaşmalara səslənərək - “Sizin etdikləriniz haram və qadağan edilmiş əməllərdir. Bunlar düşüncə sahibi olan şəxsin gördüyü əməllər deyildir, bunun sizə nə dünyada, nə də axirətdə faydası olacaq. Çünki günahsız insanları qətlə yetirən şəxs, həm dünyasını, həm də axirətini itirmişdir. Onlar qəflət yuxusundan oyanmalı və bilməlidirlər ki, pak və münəzzəh olan Allah zalımın pusqusundadır.Təkfirçilər öz əməlləri ilə dünya və axirətlərini itiriblər"

Картинки по запросу сьерра леоне атлас

O,müsahibə zamanı vurğulayıb ki,  Syerra Leonedə sünnilərlə əlaqələrimiz sıx və möhkəmdir, yeganə problem isə vəhhabilərdir.

O, Syerra Leonedə şiələrin vəziyyətinin yaxşı olduğunu bildirmişdir: “Bizim həm əhli-sünnə qardaşlarımızla, həm də xristianlarla əlaqələrimiz sıx və möhkəmdir, yeganə problem isə vəhhabilərdir. Onlardan vəhhabilik barədə soruşduqda bu barədə açıq-aşkar danışmaqdan yayınıb “Biz saleh sələflərdənik” – deyirlər. Lakin biz qorxmadan və qürur hissi ilə deyirik: “Biz şiəyik.”

Şeyx Sila yaxın keçmişə nəzər salaraq bildirib ki,  “Syerra Leonedə bir zamanlar həm şiələrlə sünnilər arasında, həm də vəhhabilərlə ixtilaf yaşandı. Belə ki, vəhhabilər özlərinə aid olan radio proqramlar vasitəsilə şiələr əleyhinə yalan məlumatlar yayırdılar. Lakin Uca Allahın mərhəməti, “Ümumdünya Əhli-Beyt (ə) cəmiyyəti”-nin və İranda yerləşən “əl-Mustafa cəmiyyəti”-nin yardımı ilə üç il ərzində onların yalan və böhtanlarına cavab verə bildik. Dövlət həm onların etdiklərini, həm də bizim məntiqli cavablarımızı gördü. Sonda dövlət başçısı bütün məzhəbləri ittifaq yaratmağa dəvət edərək qarşıdurma yaratmamaq şərtilə, hər kəsin öz inancını yaymaqda sərbəst olduğunu bildirdi.”

Bildirək ki,qeyri-rəsmi məlumatlara görə 6 milyona yaxın əhalisi olan Syerra-leonedə bir milyondan çox Əhli-beyt tərəfdarı yaşayır.

Qeyd edək ki,  Syerra -Leone Afrika qitəsinin qərbində Atlantik okeanı sahillərində yerləşir. Ərazisi  72 min kv/km olan bu ölkənin əhalisi 6 mln nəfərə yaxındır.Əhalinin 60% müsəlman,10% xristian, qalanları müxtəlif yerli inanclara sahibir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2015  13:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!