إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Son məktub" filmi Qüds şəhərində nümayiş olunub

Türkiyə tarixinin şanlı səhifələrindən olan Çanaqqala zəfəri ilə bağlı çəkilən "Son məktub" filmi Qüds şəhərində nümayiş olunub


Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,Türkiyənin Qüdsdəki baş konsulluğunun mədəniyyət mərkəzinin təşkilatı dəstəyi ilə nümayiş olunan film böyük maraqla qarşılanıb.


Bundan əvvəl Ramallah şəhərində nümayiş olunan bu ekran əsəri Osmanlı ordusunun 1915-ci ildə Çanaqqala savaşındakı zəfərindən bəhs edir. Türkiyəli rejissor və ssenarist Özhan Ərənin quruluş verdiyi film Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə çəkilib.

Qeyd edək ki, istehsalına 20 milyon türk lirəsi sərf edilən "Son məktub" filmində gənc azərbaycanlı aktrisalar Nəsrin Cavadzadə və Mina kimi tanınan Nərmin Hüseynova da iştirak edirlər. N.Cavadzadə baş rolun ifaçısıdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2015  12:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!