إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran Sami Yusifin özünə və mahnılarına qadağa qoydu

İran Sami Yusifin ölkə ərazisinə girişinə və musiqilərinin ölkə ərazisində səsləndirilməsinə qadağa qoydu

İran İslam Respublikası dini musiqiləri ilə tanınan Sami Yusifin İran ərazisininə girişinə və ifalarının radiao-televisziya proqramlarında səsləndirilməsinə qadağa qoyub.

Ahlibeyt.az-ın  İslamazeri.az-a istinadən məlumatına görə, əslən azərbaycanlı olan ingilis musiqiçi Sami Yusif bundan sonra İrana daxil ola bilməyəcək. İran, buna səbəb kimi musiqiçinin İsraildə pərəstişkarlarına konsert verdiyini göstərir.

Məlumata görə, İran İsraili tanımadığını deyir. Buna görə də İran S. Yusifin İsraildə konsert verməsini qəti şəkildə pisləyir.Həmçinin o da deyilir ki, İranın Mədəniyyət Nazirliyi musiqiçinin televiziyalar vasitəsilə ifalarına da qadağa qoyub.

Bununla da, S.Yusuf milyonlarla dinləyici-pərəstişkarını itirmək təhlükəsi ilə üzləşib. Məsələdən ciddi narahat olan dini musiqiçi S. Yusif isə İranın ona qarşı atdığı bu addımına təccübləndiyini bildirib.

S. Yusif qeyd edib ki, onun ifalarını İranda dəstəkləyən milyonlarla musiqisevərlərin olduğu halda İranın bu qadağası eyni zamanda iranlı pərəstişkarlarına qarşı hörmətsizlik deməkdir: "İran Dövlət Televiziyasında musiqilərimə qadağa qoyulması xəbərini eşitdikdə çox təəccübləndim. Heç vaxt düşünməzdim ki, sevimli fələstinli bacı və qardaşlarımın üzünə təbəssüm bəxş etməyim iranlı dinləyicilərimin musiqilərimdəm məhrum olunmasına səbəb olacaq. Musiqi sərhəd tanımır. Buna görə üzr istəməyəcəm."

Xatırladaq ki, əslən İran azərbaycanlısı olan İngiltərə vətəndaşı Sami Yusif Ramazan ayı ərəfəsində işğalçı İsrailin nəzarətində olan ən-Nasiriyyə (Nazaret) şəhərində konsert verib. İşğalçı rejimin nəzarətində olan sərhəd buraxılış məntəqəsindən keçməklə müğənninin pasportuna İsrail SBM möhürü vurulub. İran qanunlarına əsasən pasportunda İsrailə məxsus möhür olan şəxs ölkə ərazisinə keçidi qadağandır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2015  15:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!