إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə sərhədlərinin İŞİD terrorçularından təmizləmə planı

Türkiyə və ABŞ sərhəddə de-fakto neytral bölgə yaradacaq.Türkiyə sərhədlərinin İŞİD terrorçularından təmizləmə planı ortaya çıxıb.

Ahlibeyt .az-ın məlumatına görə, AnsPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumatda bildirilir ki, ABŞ və Türkiyə arasında əldə edilən razılaşmaya görə, sərhəddə eni 90, uzunluğu 40 km olacaq de-fakto neytral bölgə yaradılacaq.

İŞİD-dən təmizlənən ərazidə F-16 qırıcıları növbə çəkəcək. Bölədə ancaq koalisiya təyyarələri uçacaq, Suriya təyyarələrinin uçuşuna icazə verilməyəcək.F-16 qırıcıları bir neçə gündür ki, terrorçuların hədəflərini bombalayır.

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün Dolmabahçe sarayında açıqlamasında "artıq sərhədlərimizdə İŞİD-ı görməyəcəyik. Necə edəcəyik, hansı şərtlərlə olacağı bizə məlumdur", deyə açıqlama vermişdi.

İki ölkə arasında əldə edilən razılaşmanın detallarını "Wall Street Journal" və "Washington Post" qəzetləri yazıblar. İncirlik də daxil olmaqla hərbi hava qüvvələri bazalarını koalisiya hava qüvvələrinin üzünə açması ilə eyni zamanda Türkiyənin uzun zamandır tələb etdiyi "neytral zona - uçuşa yasaq ərazi" formulu da həyata keçəcək.

Qəzetlərin yazdığına görə, alternativ plan da var. Plan Şimali İraq körfəz savaşı zamanı yaradılan neytral zonaya bənzər bölgənin yaradılması üçün BMT-nin razılığının gərək olması, Rusiya və Çinin buna veto qoymaq ehtimalına qarşı cavab addımı hazırlanıb.Neytral zona Hələbə kimi uzana bilər.

Qurudan təhlükəsizliyi qorumaq üçün isə müxalif qüvvələr yerləşdiriləcək. Bununla da təhlükəsizlik türk əsgərləri sərhəddi keçmədən də təmin ediləcək. İlkin mərhələdə İordaniya və Türkiyədə təlim görərək silahlandırılanlar yerləşdiriləcək. Bölgə yaxın aylarda Türkiyəyə sığınan 2 milyona yaxın suriyalı üçün də təhlükəsiz yaşayış yeri olacaq.

Bu məsələdə yeganə məsələ bölgənin nəzarətinin hansı müxalif qrupa veriləcəyidir.

Xatırladaq ki, Türkiyə son bir neçə gündə sərhəddə əməliyyatlara başlayıb. Türkiyə qırıcıları ölkədə törədilən Suruc terror hadisələrindən sonra İŞİD hədəflərini bombalayıblar.

Qeyd edək ki,Terkiyə przzidenti R.T.Ərdoğan çıxışı zamanı bildirib ki, Türkiyə terrorçularla mübarizə aparmaq gücünə malikdir. Geriyə addım atmayacağıq! Terrorla mübarizə qətiyyətlə davam edəcək!

O deyib ki, Türkiyə dövləti üçün İŞİD terror təşkilatı ilə PKK arasında heç bir fərq yoxdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2015  15:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!