|
• DünyadaTacikistanda"İslam dini ekstremizmə və terrorizmə qarşıdır” beynəlxalq konfrans keçirilibTacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov da iştirak etmişdir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki,tədbirdə məruzə ilə çıxış edən S.Heydərov dünyada dini zəmində baş verən proseslərə diqqət çəkmiş, beynəlxalq müstəvidə geoiqtisadi və geosiyasi maraqların meydana gətirdiyi ikili standartları da vurğulamışdır. Bir sıra beynəlxalq təşkilatların qərəzli və qeyri-konstruktiv mövqeyi nəticəsində Azərbaycanın tarixi torpaqlarının - Dağlıq Qarabağ ərazisinin bu günədək Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğunu, bu ərazilərdəki tarixi və dini abidələrimizin erməni vandalizminin qurbanı olaraq dağıdılmasını qeyd etmişdir. Dövlət Komitəsi sədrinin müavini daha sonra multikultural təhlükəsizlik prinsiplərindən söz açaraq, bu prinsiplərin fonunda yer alan Azərbaycanın multikulturalizm təcrübəsindən bəhs etmişdir. Azərbaycan Respublikasında bütün dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd edən S.Heydərov, Bakıda keçirilən I Avropa Oyunlarının ölkəmizdəki sülh, dostluq və qardaşlıq mühitinin bariz nümunəsi olduğunu bildirmişdir. Multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək, bu mühitin qorunub saxlanmasında dövlətimizin atdığı bir sıra praktiki addımlardan bəhs etmişdir. Sonda Dövlət Komitəsi sədrinin müavini tədbir iştirakçılarına radikalizm meyllərinə qarşı mübarizədə müvafiq tövsiyələrini qeyd etmiş, Azərbaycanın bu sahədəki təcrübəsini dost ölkələrlə hər zaman bölüşməyə hazır olduğunu bildirmişdir. Tədbir daha sonra qarşılıqlı müzakirə və debatlar şəklində davam etmişdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2015 12:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |