إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəməndə Səudiyyə və koalisiya qüvvələrinə ağır zərbə

Yəməndə Səudiyyə və koalisiya qüvvələrinə ağır zərbə

Ölkədə beşgünlük atəşkəs elan olunsa da, Ədən hərbi hava bazası uğrunda döyüşlər başlayıb

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Yəmən mənbələrinin məlumatında bildirilir ki,Yəmən ordusu və xalq müqavimət qüvvələri Ədən şəhərində keçirdiyi əməliyyat zamanı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin muzdluları ağır itki verib.

Yəmənin rəsmisi bildirib ki, Yəmən ordusu və xalq müqavimət qüvvələri Ədən şəhərində keçirdikləri əməliyyatlar nəticəsində çox sayda əl-Qaidə üzvü və Səudiyyə muzdlusu məhv edilib.

O əlavə edib ki;Ordu və xalq qüvvələri bir neçə əməliyyatda Ərəbistan muzdluları və  əl-Qaidə terrorçularının Dar Səəd, əl-Vəht, əl-Əriş və Ber Əhməd bölgələrinə doğru irəliləmələrinin qarşısını alıb və onların çax sayda hərbi təchizatını məhv ediblər.

Bu hərbi rəsmi həmçinin deyib: Ordu və xalq müqavimət qüvvələri Yəmənin ölkədən qaçmış prezidentinin bəzi nazirləri və sabiq təhlükəsizlik rəhbərinin yaşayış bölgələrini hədəfə alıblar. Nəticədə bu yaşayış massivində olan Ərəbistan muzdlularının 7 başçısı öldürülüb.

Yəmənli rəsminin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) zabitlərinin Ədəndəki əməliyyat palatasına hücum olunub. Onlarla BƏƏ-li zabit və muzdlu öldürülüb və yaralanıb.

Ərəbistan və müttəfqləri 26 martdan Yəmənin istefa vermiş və fərari hökumətini iqtidara qaytarmaq bəhanəsi ilə və bu ölkəyə istilasını davam etdirmək məqsədilə Yəmənə təcavüzə başlayıb və bu ölkəni hərtərəfdən mühasirəyə alıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2015  13:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!