إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kadırov anası üçün Kəbə qapısını açdırdı ( VİDEO)

Çeçenistan lideri Ramzan Kadırov anası üçün Kəbə qapılarının açılmasını kraldan xahiş edib

Çeçenistan lideri Ramzan Kadırov və anası Aymani xanım Kəbəni ziyarət ediblər.Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, bu barədə çeçen lider öz bloqunda bildirib.

Yaxınları ilə birlikdə Məkkəni ziyarət edən Çeçenistan prezidenti Ramzan Kadırovun anası üçün xüsusi olaraq Məscidül-Həramın daxili həyətində yerləşən Kəbənin qapıları açılıb. İslam aləminin əsas ziyarətgahı olan Kəbənin qapıları Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz əl Saudun əmri ilə açılıb.


“Uca Allahın lütfü ilə Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz əl Saud oğlu, müdafiə naziri, varis şahzadənin müavini Məhəmməd ben Salmanın vasitəsi ilə çatdırdığımız xahişmizi yerinə yetirdi. Mən nazirdən xahiş etmişdim ki, kraldan əziz anam Aymani xanım üçün Müqəddəs Kəbənin qapısının plandan kənar açılmasını xahiş etsin”,- deyə Kadırov vurğulayıb.

Aymani Kadırova Kəbəyə daxil olandan sonra göz yaşlarını saxlaya bilməyib.

Aymani və Ramzan Kadırovlarla yanaşı Kəbəni çeçen liderin bacısı, arvadı və qızı, həmçinin çeçen parlamentinin başçısı Maqomed Daudov, deputat Adam Delimxanov, müfti Salah-Hacı Mejiyev və başqaları ziyarət ediblər.

Kadırov həm də Səudiyyənin müdafiə, xariici işlər və mədəniyyət nazirləri, həmçinin təhlükəsizlik xidmətinin başçısı ilə görüşüb. Kadırov Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz əl Saudun Rusiyaya səfəri barədə razılıq əldə edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyul, 2015  15:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!