|
• Dünyadaİraqda 60-dan çox İŞİD terrorçusu məhv edilibİraq Silahlı Qüvvələrinin bölmələri və federal polis ölkənin qərbində İŞİD terror təşkilatının 60-dan çox üzvünü məhv etməyə müvəffəq olub. Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib: “Federal polis qüvvələri Hasiba-əş-Şarkiya (Ramadi şəhərinin şərqində) rayonunda ekstremistlərə məxsus beş nəqliyyat vasitəsini məhv edib. Bu məhəllədə onlar həm də hücuma məruz qalıblar, lakin hücum dəf edilib, nəticədə 21 terrorçu zərərsizləşdirilib. Ramadinin bu qurtaracağında baş verən digər iki toqquşmada təxminən 15 radikal məhv edilib. Əl-Karama şəhərindən şərqdə yerləşən digər rayonda “Bağdad” əməliyyat qərargahının tabeliyində olan dəstələr iki terrorçu və onlara məxsus üzərində iriçaplı pulemyot quraşdırılmış üç avtomobili məhv edib." Ötən gün İraq Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr 58 döyüş uçuşu həyata keçirib, nəticədə 29 ekstremist, eləcə də bir sıra istehkam və içərisində silah və sursat olan anbar məhv edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2015 15:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |