إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə Düşənbədə "ekstremizm və terrorizmə qarşı" mövzusunda çıxış edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədriTacikistana gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə səfərə yola düşür.

Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd 22-23 iyul tarixlərində Düşənbədə keçiriləcək “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir. A.Paşazadə Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edir.

QMİ sədri Şeyxülislam A.Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2015  17:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!