إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlmanların orucunu pozduran ruhani idarələri(Şərh)...

Artıq son illər bu adi bir hal alıb ki,Ramazan ayı daxil olmamış və ayın bitməsi yaxınlaşdıqca ayın hilalının görünməsi məsələsi oruc tutmağa hazırlaşan müsəlmanlar,din xadimləri və ruhani idarələrinin müzakirə obyekti olur.lakin bu məsələdə hər bir müsəlman yaşadığı ölkənin ruhani idarəsinə və bu kimi məsələlərdə  fətva vermək hüququna malik idarə və ya nüfuzlu din xadiminə tabe olduğundan  son qərar da elə bu dini idarələr və ya şəxslər tərəfindən verilir.Bu il də keçən illərdən fərqlənmədi və Ramazan ayının daxil olması ilə bağlı fəqrlər az bituzə versə də, da ayın sonunda bu fərq özünü göstərdi.

Sadə müsəlmanlara çox da xoş olmayan bu fərqin yaranması hətta buna görə fətva idarələrini müsəlmanları gunaha batırmaqda və bu fətvaların verilməsində əsassız olaraq digərlərinə təlqin edilməsində gunahlandıranlarların tapılması təəccüblü görünməsə də nədən elmi nailiyyətlərin bu məsələdə "inkar edilməsi" həm təccüblü həm də utancverici görünür.

Məsələnin təəccüblü görünən tərəflərini araşdırarkən məlum olur ki,bütün məzhəblər Ramazan ayının gəlişini və sona çatmasını həzrəti Məhəmməd(s) Peyğəmbərdən nəql olunan hədislərə əsasən qərar verirlər və bu məsələdə heç bir məzhəb və təriqət arasında fikir ayrılığı yoxdur.Hədislərdə açıq şəkildə bildirilir ki,"təzə Ay görüdündükdə oruca başlayın və təzə Ay göründükdə orucunuzu pozun".Hətta bu xüsusdan olan hədislərdə qeyd olunur ki,ay müşahidə edilməzsə onu 30 gün hesablayıb ayı başa vurun.

Araşdırma zamanı aydın olur ki,bir çox ölkələrin müftilər şurası və fətva idarələri təzə ayın hilalının görünməsinin vacib olduğunu qeyd edir və bu məsələdə elmi hesablamalarla ayın sabit olmasının əsas gətirilməsini orucluğun daxil olması və ya bitməsinin sabit olması üçün yetərli olmadığını bildirirlər.lakin məlum olmayan səbəblər üzündən son illər elə bu fətva idarələri bəzi illər əsassız olaraq orucluğun daxil olmasını və ya bitməsini elan edir.Bu o halda baş verir ki, təzə "Ay"ın görünməyəcəyi elmi hesablamalarla təsbit olunub etiraf olunur və vizual müşahidələr nəticəsində də ayı görmək mümkün olmur.

Bu il də belə oldu demək olar bütün astrofizika idarələri və rəsədxanalar o cümlədən Azərbaycandakı Şamaxı Astrofizika Rəsədxanası bu il iyul ayının 16-da "Ay"ın  yer fəzasına daxil olmasını bildirsələr də onun vizual müşahidə olmasıını qeyri mümkün hesab etmişdilər(hətta teleskop vastəsilə də bunun mümkunsüz olması bildirilmişdi) və bu hesablamalar özünü doğrultdu.Bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Qazılar Şurasının rəhbəri Hacı Salman Musayevin dini idarə adından orucluğun 18-də daxil olmasını bildirməsi isə təqdirəlayiq bir hal kimi qiymətləndirilməlidir.

Lakin bununla belə olduqca az ehtimalla ayın müşahidə olunması məsələsi diqqətdə saxlanıldığı halda az bir qism ölkə istisna olaraq,bir çox ərəb ölkələri,Avropa,Rusia,Yaxın Şərq,Şərqi Asiyanın fətva idarələri bu elmi hesablamalara göz yumaraq -"16 iyulda təzə Ay görünməyəcək" lakin Peyğəmbər nəql edib ki, "ayı gördüyünüz zaman oruca başlayın və onu müşahidə etdikdə orucunuzu bitirin"hədisinə əsasən orucumuzu 17-ci pozmalıyıq deyib fətva vermələri heç bir məntiqə sığmır.Sonradan elə bu idarələrin bəziləri tərəfindən "orucumuzu tez pozmuşuq demələri"isə təəccüblü görünür.

Təəccüblü olan onların bu məsələdə kiminlə "vəhdət"qurmasıdır çunki vəhdət etmək istədikləri belə oruclarını əsassız olaraq pozmuşdular.Daha təəccüblüsü budur ki,onlar bu məsələ ilə bağlı mövqelərində hədis,fiqh və şəriət hökmlərinə əsaslanaraq elmi hesablamalara etimad olunmayıb yeni ayın yalnız vizual müşahidə ilə təsbit olunmasını bildirirlər-vizual müşahidədən isə söhbət belə gedə bilməz....

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2015  12:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!