إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - “Orucluq bitdikdən sonra insanlar fitrə zəkatı verməlidirlər"

“Orucluq bitdikdən sonra bayram elan olunduğu zaman insanlar fitrə zəkatı verməlidirlər. Bu, Allahın vacib hökmüdür"

Ahlibeyt.az-ın məlumatına görə,bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi ilahiyyatçı alim Hacı Şahin Həsənli söyləyib.

Onun sözlərinə görə, gündəlik tələbatını təmin edə bilməyən şəxslər fitrə zəkatından azaddırlar:

“Orucluq bitdikdən sonra bayram elan olunduğu zaman insanlar fitrə zəkatı verməlidirlər. Bu, Allahın vacib hökmüdür.

Hədislərimizdə də qeyd edilib ki, kim fitrə zəkatı ödəməsə, orucu natamam hesab olunur. Hər ailə üzvünün adından 3 kiloqram buğda, arpa, kişmiş, un və ya xurma kimi ərzaqlar verilməlidir.

Hazırda bunu real məbləğlə müqayisə etsək, adambaşına təxminən 3-6 və ya 5-10 manat civarında müxtəlif rəqəmlər ola bilər. Yəni minimum 3 manat ödənməlidir. Fitrə zəkatını əsasən oruc tutan insanlar, imkanı olan şəxslər ödəməlidirlər. Lakin gündəlik tələbatını təmin edə bilməyən şəxslər fitrə verməli deyillər, əksinə, onlara fitrə zəkatı verməlidirlər”.

Bildirək ki,Ramazan bayramı  iyulun 18-nə təsadüf edir. Şəriətə görə, fitrə Ramazan ayı bitdikdən sonra(İyul alinın 17-si şam azanından sonra(gün batdıqdan sonra)ayrılmalı və bayramı namazına qədər evdən çıxarılmalı və ehtiyacı olanlara verilməlidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015  12:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!