إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Burda dəstəmazsız işləmək qadağandır (FOTO)

Quran nəşr edən mətbəənin işçiləri bütün işləri ancaq dəstəmaz alaraq görür

Türkiyənin İsparta şəhərində 15 000 kvadratmetrlik ərazidə Qurani Kərim nəşr olunan mətbəə var.Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, burda hər gün 35 dildə, 20 000 nüsxə müqəddəs kitab nəşr olunur. Mütəxəssislər tərəfindən böyük həssasiyyət və diqqətlə hazırlanan Quran kitabları nəşr olunduqdan sonra kəsmək, cildləmək, zərləmək və qutuya yığılmaq mərhələlərindən keçir.


Quran nəşriyyatının direktoru Əli Yıldız

Obyektin rəhbəri Əli Yıldız 2004-cü ildən 60 işçi ilə fəaliyyət göstərdiklərini, burda bütün işlərin ancaq dəstəmaz alınaraq görüldüyünü qeyd edib. Yıldız həmçinin orijinal və tərcümə edilmiş Quran kitablarının ölkənin rəsmi din qurumu olan “Diyanət İşləri” tərəfindən nəzarətdə saxlanıldığını və ancaq onların təsdiqi ilə müqəddəs kitabları nəşr etdiklərini deyib.

Bundan başqa Əli Yıldız başda Almaniya, Fransa, İngiltərə olmaqla bir çox Avropa ölkəsinə Qurani Kərim göndərdiklərini vurğulayıb.









Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2015  13:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!