إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məfatihul-Cinan dualar toplusunun azərbaycan dilində versiyası Android platformasında

Android platforması istifadəçiləri Şeyx Abbas Quminin məhşur Məfatihul-Cinan dualar toplusunun elektron versiyasından istifadə edə bilərlər

Ahlibeyt.az-ın məlumatına görə,artıq Məfatihul-Cinan dualar toplusunun azərbaycan dilində olan versiyası android tipli smartfon və planşetlərin dəstəkləndiyi PlayMarket proqramı vastəsilə pulsuz olaraq yüklənərək istifadə oluna bilər.

Mərhum İslam alimi Şeyx Abbas Qumi Məfatihul-Cinan dualar toplusunda vacib və müstəhhəbi namazlar,onlaran təqibatları,gündəlik oxunan dualar,münacat və ziyarətnəmələr toplanaraq külliyat şəklində toplanmışdır.Bu kitab dünyanın bir çox dillərinə tərcümə edilərək dəfələrlə nəşr olunmuş az sayda kitablardan biridir.

Qeyd edək ki,tətbiq "online" rejimində işləyir və yükləmələrin həyata keçirilməsi üçün telefon və ya planşetin internet şəbəkəsi açıq olmalıdır.

Bildirək ki, "Play Market"in axtarış sisteminə Məfatihul Cinan yazaraq axtarış verməli, yaxud da bu link vasitəsi ilə yükləyə bilərsiniz:

https://play.google.com/store/apps/details?id=com.dijlah.mafatih_azari

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2015  11:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!