إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ prezidenti Ramazan bayramı münasibətilə prezident İlham Əliyevi təbrik edib

ABŞ prezidenti Barak Obama Ramazan bayramı ilə əlaqədar ölkə başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

Ahlibeyt.az Azertac-a istinadən məlumatına görə məktubda deyilir:

"Hörmətli cənab Prezident, Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel və mənim Sizə və xalqınıza olan ən xoş arzularımıza Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı boyunca əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.

Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!"

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2015  18:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!