إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün dünya müsəlmanları beynəlxalq "Qüds günü"nü qeyd edirlər

İlin 365 günü arasında bu Müqəddəs Şəhərin Müqəddəs adını (əslində “müqəddəs” sözü ilə “qüds” sözü eyni kökdən olub, eyni mənanı ifadə edir) daşıyan bir gün var – Qüds Günü. Həmin gün Müqəddəs ayın – Ramazan ayının son mübarək Cüməsinə təsadüf edir.

Müsəlmanlar İsrail və sionistlərin Şərqi Qüdsü işğal etdikləri günün ildönümünü hər il “Qüds Günü” olaraq qeyd edirlər.

İsrailin də bayram etdiyi “Qüds Günü” var ki, bu gün də öz növbəsində, bir simvol olaraq, sionistlər üçün İslam dünyasının ram edilməsini simvolizə edir!

Beləliklə, 2 Qüds Günü var qarşımızda: biri zülmkarlığa qarşı etirazı simvolizə edən müsəlmanların, digərisə zülmkarlığın özünü simvolizə edən sionistlərin Qüds Günü. Bəşəriyyət bu 2 günlə də sınanır! Hansı birini özünə, ruhuna, vücuduna doğma Qüds Günü sayacaq?...

5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi zamanı  İsrail ordusu Qərbin tam dəstəyilə 6 gün ərzində Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarmadasını, Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları - Qüdsün ərəblərə aid (1948-ci il bölgüsü zamanı Qüds şəhəri iki hissəyə bölünmüşdü) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də İsrail bu qətnaməyə məhəl qoymadı. İşğal olunmuş ərazilərdə inzibati idarəçilik rejimi yaradıldı. BMT qətnamələri tapdaq altına atılaraq, bu ərazilər “İsrail” dövləti”nin əraziləri elan edildi. Dünyanın gözü qarşısında fələstinlilərin əraziləri işğal və ilhaq edildi, on minlərlə günahsız insan qanı töküldü, milyonlarla insan ev-eşiyindən didərgin düşdü.

Neçə illər ötməsinə baxmayaraq, İsrailin quldur siması dəyişməyib. Bu gün də sionist raketləri Fələstinin yaşayıç evlərinə, uşaq bağçalarına, məktəblərə tuşlanıb. Artıq qurbanların sayı yüzlərlə hesablanır, əsasən də qadın və uşaqlar. Qüds günü əsl insanların vəhşi İsrailə və onun havadarlarına, tərəfdarlarına nifrətlərini və etirazlarını növbəti dəfə bildirməyə bir fürsətdir.

Xatırladaq ki, Qüds gününün beynəlxalq miqyasda keçirilməsi təşəbbüsü İran İslam Respublikasının banisi ayətullah Xomeyniyə məxsusdur.

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyul, 2015  12:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!