إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mosulun azad olunması xəbərdarlığı: İraq hökuməti Mosula təyyarələrlə bildirişlər atdı

İraq Daxili İşlər Nazirliyi tərəfindən döyüş təyyarələri vasitəsi ilə Mosul şəhərinə broşur şəklində müraciətlər atılaraq tezliklə şəhərin azad olunması üçün əməliyyatlara baılanılacağı barədə xəbərdarlıq yayıb.

Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə,İraq Hərbi Həva qüvvələrinə məxsus döyüş təyyarələri vastəsilə İŞİD nəzarəti altında olan Mosul şəhərinə "Mosulun azad olunması" bildirişləri atılıb.

Müraciətdə deyilir: “ Hökumətin Mosul üçün atacağı hər addım,siz dəyərli xalqın gələcəyi və azadlığı üçündür.Bu bizim üçün ən mühüm məsələdir.  Artıq siz öz şəhərinizi idarə edəcək və gələcəyiniz barədə özünüz qərar verəcəksiniz. 1 il bundan əvvəl terrorçular şəhərinizi işğal edərək məhv etdi. Mosulu qurtarma əməliyyatının vaxtı gəlib çatmışdır. Cəhalət və zülmdən xilas olmanıza az qalıb.Silahlı qüvvələrimiz qapılarınıza dayanmışdır.

Bildirişdə əməliyyat zamanı silahlı üvvələrə yardım olunması istənilmişdir və qeyd olunmuşdur ki, İŞİD-in yerləşdiyi mərkəz və qərargahlardan uzaq durun.

Müraciətdə xalqa məlumatların radio vasitəsi ilə bağlı veriləcəyi vurğulanıb: “Mosul Fm yaxın günlərdə fəaliyyətə başlayacaq. Hər birinizdən radiodan istifadə etməyinizi xaiş edirik. Çünki əməliyyatla bağlı məlumatlar Mosul Fm vasitəsi ilə veriləcək”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2015  11:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!