|
• Dünyadaİraq ordusu Fəllucada İŞİD-in hərbi bazasını məhv edibİraq ordu qüvvələri İŞİD terror təşkilatının əl-Ənbar vilayətindəki Fəllucə şəhərində yerləşən bir hərbi bazasını məhv ediblər. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə ərəbcə Skay-Nyus telekanalı İraqın Müdafiə Nazirliyinə istinadən xəbər verib. İraq hərbi hava qüvvələri(HHQ),İŞİD-ın Fəllucənin Amiriyyə məntəqəsində yerləşən bir bazası və çoxlu sayda terrorçu məhv edilib. Digər xəbərə görə, İraq Hizbullahı qüvvələrinin terrorçuların İraqın Səlahəddin vilayətinin Tikrit şəhərinin cənubundakı Əlishaqi məntəqəsində yerləşən qərargahına qarşı hücumunda 40 nəfər İŞİD -çı ölüb və xeyli sayda yaralı olduğu bildirilir.. Həmçinin xalq könüllüləri tərəfindən dəstəklənən İraq ordu birləşmələri ilə terrorçular arasında Bicinin şimalında şiddətli döyüşlər getdiyi bildirilir. İraqın təhlükəsizlik mənbələri məlumatına görə,ölkənin təhlükəsizlik qüvvələri Diyalə vilayətinin mərkəzi olan Bəqubə şəhərinin şimalındakı Həmərəyn dağlarında yerləşən kəndlər və məntəqələrdə bir əməliyyat keçiriblər. Onlar 21 İŞİD terrorçusunu, o sıradan Misir vətəndaşlığına malik olan Əbu Təlhə Əlumrani adlı İŞİD başçısını öldürə biliblər. Digər tərəfdən, bir mərminin Bəqubənin şimalındakı Əlfurat və Əlrəbii Valamə qəsəbələrinə dəyməsi nəticəsində on bir mülki həlak olub, səkkiz nəfər də yaralanıbdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2015 16:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |