|
• DünyadaKüveyt əmiri terrora məruz qalmış İmam Sadiq (ə) məscidinin bərpasına göstəriş verdiKüveytin İmam Sadiq (ə) məscidində törədilən terror aktının ardından Küveyt Əmirliyinin başçısı Səbah Əhməd Cabir əs- Səbah sözügüdən məscidin yenidən təmir edilərək istifadəyə verilməsi barədə sərəncam verib. Ahlibeyt.az-ın Tass.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Küevyt mətbuatı məlumat yaymışdır. Məlumatda bildirilir ki, Küveyt əmiri terror aktı nəticəsində məscidə dəyən bütün zərər və xəsarətlərin ödənilməsi və ən qısa müddət ərzində bərpa edilməsi üçün bütün imkanlardan istfadə ediməsinə göstəriş verib. Küveyt Neft naziri Əli Ümeyr bildirib ki,ölkədə təhlükəsizlik haqqında yeni qanun layihəsi barəsində də müzakirə və məsləhətləşmələr aparılacaq. Küveyt daxili işlər naziri isə,aparılan isitaq araşdırmaları və operativ əməliyyatlar nəticəsində terror aktı törədən terrorçu kamikadzenin kimliyi müəyən edilib. Küveyt DİN tərəfindən verilən məlumatda qeyd edilib - Bu şəxs Səudiyyə Ərəbistanı vətəndaşıdır. Küveytin İmam Sadiq (ə) məscidində baş verən partlayışda 27 nəfər şəhid olmuş, 227 nəfər yaralanmış,məscid tikintisinə ciddi xəsarət dəymişdir. Həmçinin Kuveyt Vəkflər naziri(Dini İşlər naziri) Yaqub əs Sənəanın göstərişi ilə cümə günü ölkənin bütün məscidlərində dualar edilərək "İlahi,bu ölkəni hifz et"şüarı ilə terror qurbanları yad ediləcək. Qeyd edək ki,ötən cümə Küveyt paytaxtındakı İmam Sadiq məscidində törədilən terrordan az bir müddət sonra Küveytəmiri və dövlət rəsmiləri faciə yerində olmuş zərərçəkmişlərə dövlət yardımı olunmasına göstəriş vermişlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2015 20:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |