إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu il Həcc ziyarəti zamanı zəvvarların jurnalist fəaliyyəti ilə məşğul olması qadağan edilib

Səudiyyə Ərəbistanı Krallığı bu il Həcc ziyarəti zamanı jurnalistlərin Məkkəyə və Mədinəyə daxil olmasına məhdudiyyət qoyub.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,  QMİ-dən verilən məlumatda Həcc ziyarəti dövründə  Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti məşğul olmasına qadağa qoyulacaq.

Səudiyyə Ərəbistanı Həcc Nazirliyi bildirib ki, peşəsindən asılı olmayaraq, hər bir müsəlman viza qaydalarına əməl etməklə yalnız zəvvar kimi ziyarətə gedə bilər. Krallıq Həcc ziyarəti zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyub. Bu qərarın bölgədəki münaqişələrlə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyi bildirilir.

 

Qeyd edək ki, Azərbaycanda hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2015  13:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!