إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İsrail Qəzzaya humanitar yardım aparan gəmini beynəlxalq sularda saxladı

Qəzzaya humanitar yardım aparan gəmi beynəlxalq sularda İsrail hərbçiləri tərəfindən saxlanılıb.

Ahlibeyt.az-ın RT.com-a istinadən verdiyi xəbərə görə, İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağına humanitar yardım aparan "Marianna" gəmisini saxladıqdan sonra humanitar gəmini müşaiyət edən digər üç humanitar gəmi "Rashel",Vittorio","Culiano" gediş kurslarını geri döndərərək Yunanıstana istiqamət alıb.

Gəmidə İsrail tərəfindən blokadada saxlanılan Qəzza bölgəsinə yeyinti və dərmən ləvazimatı olub.

Qəzzanın blokadasını yarmağa cəhd göstərən gəminin ələ keçirilməsi  zamanı xəsarət alan olmayıb.

Gəminin göyərtəsində təqribən 20 fəal, o cümlədən Tunisin sabiq prezidenti Münsif Marzuki və İsrail parlamentinin bir deputatatı Əl-Cəzirə kanalı nümayındələri və tanınmış jurnalistlər olub.

Hazırda "Marianna" İsrailin Aşdod limanındadır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2015  18:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!