إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kuvetdə partladılmış məscidin və baş dövlət məscidinin şəkillərini çəkən Səudiyyə vətəndaşı saxlanılıb

Kuveyt təhlükəsizlik qüvvələri tərəfindən Kuveytdə bir neçə gün əvvəl  partladılmış İmam Sadiq məscidinin və Kuveytin ən böyük dövlət məscidinin  şəkillərini avtomobildən çəkən Səudiyyə vətəndaşı saxlanılıb.

Ahlibeyt.az-ın Ria-ya istinadən verdiyi xəbərə görə,bu barədə Kuveytin Əl-atan agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki,cümə namazı zamanı məscid daxilində olan səudiyyə vətəndaşı olan terrorçunun partlayıcını işə salması nəticəsində 27 nəfər dünyasını dəyişib,200-dən çox insan yaralanıb və məscid tikintisinə ciddi xəsarət dəyib.

Bazar günü Kuveyt baş dövlət məscidində İmam Sadiq məscidində terror aktı zamanı həlak olanların xatirəsinə matəm mərasimi keçirilib.

Bildirilir ki, hazırda təhlükəsizlik qüvvələri Səudiyyədə vətəndaşının öz ölkəsində qeydiyyatda olan şəxsi avtomobilindən apardığı çəkilişlərin nə məqsəd daşıdığını aydınlaşdırır.

Qeyd edək ki,terrorçu ilə əlaqədə olan artıq bir nəfər Səudiyyə vətəndaşının saxlanıldığı bildiirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2015  12:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!