إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mərcəiyyətdən Kuveytdəki terrora sərt münasibət

Tanınmış mərcəi-təqlid müctehidləri Küveytdə baş verən terror aktına münasibət bildiriblər

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə, Ayətullah Safi Gülpayqani bildirib: “Ən gözəl ay və günlərdə, ən gözəl məkanda və bəndənin ən gözəl halında bir dəstə Əhlibeyt tərəfdarı,  qara qəlbli və vəhşi qrup vasitəsilə şəhadətə çatdılar. Biz bu insaniyyətdən uzaq və mənfur hadisəni məhkum edir və əzizlərimizin şəhadətini dərin hüznlə yad edirik.”

Ayətullah Vəhid Xorasani : “Allah evində, möminin meracı olan namaz halında, Allahın qonaqlıq ayında, Allah yolunda şəhadətə çatmış səadətliləri cənnətlə müjdələyirəm. Onlar ilahi əmrlərə tabe olaraq Allaha tərəf getdilər. İlahi Quranda söz verdiyin kimi, onları təqvalıların öndəri olan, sənin ayında və mehrabda şəhid olan imamla məhşur et. İlahi! Müsibətlə üzləşənlərə Quranda söz verdiyin kimi səbr və mükafat ver. Zərər çəkmişlərə şəfa ver.”

Ayətullah Məkarim Şirazi terroru qınayaraq bildirib: “Küveytdə baş verən hadisə təkfirçi qrupların heç bir sərhəd tanımadıqlarını bir daha sübuta yetirdi. Mübarək ayda, Allah evində, cümə günündə, namaz halında günahsız insanları qətlə yetirmək imansızlıq və vəhşiliyin pik nöqtəsindən xəbər verir. Biz bu misli olmayan hadisəni məhkum edir və şiə, sünnü hətta qeyri müsəlmamlara da xəbərdarlıq edirik və bu cür hadisələr müqabilində susmamağa çağırırıq. Hamı bilməlidir ki, bu cinayətkarların ayağı meydana açılarsa, hətta bu gün onları dəstəkləyənlərə də rəhm etməyəcəklər. Müsəlmanlar əl-ələ versələr onların kökünü kəsmək çətin məsələ deyil. Bu işin bu gün görülməsi, sabah görülməsindən daha yaxşıdır. Hadisə zamanı şəhid olanlar islam Peyğəmbərinin ətrafında və Kərbəlada şəhid olanlarla məhşur olacağına yəqinim var. Küveyt dövlətindən istəyimiz budur ki, hadisəyə ciddi yanaşaraq, təkfiri qrupların ölkədə olan kökünü qurutsun. Özümüzü bütün acılı ailələrin acısına şərik bilirik.”


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2015  16:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!