إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Siz harada olsanız Allah sizin hamınızı Özünə tərəf qaytaracaqdır...

Quran-Kərim nurlu bir çırağdır ki, nazil olduğu vaxtdan 14 əsr  keçməsinə baxmayaraq tarix boyunca haqq axtarışında olanların yollarını işıqlandırmış və gələcəkdə də işıqlandıracaq. Bu səmavi müqəddəs kitabda insanlara parlaq və xoşbəxt bir gələcək vəd verilməkdədir. Bu xoşbəxtlik haqq din olan İslamın qələbəsi ilə həyata keçəcəkdir. Quran ayələrində işarə olanunan bu vədənin, dünyada ədalətin qurulması, hədislərdə bunun İmam Mehdi (ə.f) və onun saleh dostları və köməkçiləri tərəfindən həyata keçəcəyi bəşarət verilib.

İmam Mehdi (ə.f) barədə təfsir olunan ayələrdən biri  "Xeyir işlərdə yarışın" ayəsidir. Allah-Taala Quran-Kərimdə buyurur:

ولكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُواْ الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Hər kəsin üz tutduğu bir qibləsi vardlr ki, o, öz üzünü həmin səmtə və həmin tərəfə tutur. Belə isə xeyir işlərdə bir-birinizlə yarışın, xeyir işlərdə bir-birinizdən önə keçməyə və bir digərinizi qabaqlamağa çalışın. Siz harada olsanız Allah-Taala sizin hamınızı Özünə tərəf qaytaracaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.(Bəqərə148)

Şeyx  Məhəmməd ibni Yəqub Kuleyni (vəfatı: 239 hicri qəməri) dəyərli "Əl-Kafi" kitabının "ər-Rövzə" adlanan axırıncı (8-ci) cildində İmam Baqirdən (ə) nəql edir ki, O həzrət (ə) yuxarıdakı şərif ayə haqqına buyurdu: "Xeyir işlərdə yarışın, bir-birinizdən önə keçin" ayəsindən məqsəd budur ki, "Vilayət" və "İmamətə" kömək olmaqda bir-birinizi qabaqlayın. "Siz harada olasnız" cümləsindən məqsəd isə İmam Mehdinin (ə.f) dostları və köməkləridirlər ki, onlar 313 nəfərdirlər – (və "qeybət" zamanı harada olsalar öz vəzifələrini yerinə yetirəcəklər, zühur zamanı isə İmamın (ə.f) ətrafına toplaşacaqlar). And olsun Allaha ki, "ümmətun mədudə" (kiçik ümmət) ayəsinin təfsiri onlardırlar. Allah and olsun ki, onların hamısı harada olmalarına baxmayaraq sürətli küləklərin topladığı pərakəndə payız buludları kimi – (ki, sürətli küləklər onları az bir müddətdə bir yerə toplayır və yağdırır) bir anda İmamın (ə.f) ətrafına toplanacaqlar.

Mənbə:shabestan

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2015  20:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!