إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Oktyabrın 27-i Zilh-hiccə ayının hilalı görsənməyəcək

Ayətullah Xameneinin dəftərxanasının İstihlal bürosunun Tehran əyaləti nümayəndəliyinin müdiri Hüccətül-İslam Məhəmməd Təqdiri bildirib ki, oktyabr ayının 27-də Səudiyyə Ərəbistanında Zil-hiccə ayının hilalının görsənmə ehtimalı var amma İranda Zilhiccə ayının hilalının görsənməsi mümkün deyil.

Məhəmməd Təqdiri deyib ki, düzdür oktyabr ayının 27-i büronun əməkdaşları yeni ayın hilalını müşahidə etmək üçün məntəqələrə ezam olunacaqlar amma proqnozlar bunu deməyə əsas verir ki, həmin gün axşam hilal görsənməyəcəkdir. Və bu il Zil-qədə ayı 30 gün olacaqdır. 

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı oktyabr ayının 28-ni Zil-hiccə ayının ilk günü elan etmişdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2011  21:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!