
Ayətullah Xameneinin dəftərxanasının İstihlal bürosunun Tehran əyaləti nümayəndəliyinin müdiri Hüccətül-İslam Məhəmməd Təqdiri bildirib ki, oktyabr ayının 27-də Səudiyyə Ərəbistanında Zil-hiccə ayının hilalının görsənmə ehtimalı var amma İranda Zilhiccə ayının hilalının görsənməsi mümkün deyil.
Məhəmməd Təqdiri deyib ki, düzdür oktyabr ayının 27-i büronun əməkdaşları yeni ayın hilalını müşahidə etmək üçün məntəqələrə ezam olunacaqlar amma proqnozlar bunu deməyə əsas verir ki, həmin gün axşam hilal görsənməyəcəkdir. Və bu il Zil-qədə ayı 30 gün olacaqdır.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı oktyabr ayının 28-ni Zil-hiccə ayının ilk günü elan etmişdir.