إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq aviasiyası İŞİD komandirləri daxil olmaqla,onlarla terrorçunu məhv edib

Hərbi-Hava Qüvvələri "İslam Dövləti" (İŞİD) terror təşkilatının ölkənin Ənbar əyalətinin qərbində yerləşən Əkkaşat bölgəsindəki mövqelərinə dörd sarsıdıcı zərbə endirib.

Ahlibeyt.az-ın Salamnew-a istinadən verdiyi xəbərə görə, İraq Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir ki,hava zərbələri nəticəsində səkkiz minalanmış avtomaşın partladılıb ki, nəticədə 47 terrorçu məhv olub.

Öldürülən terrorçular arasında İŞİD-in bu bölgə üzrə nümayəndəsi, bir sıra komandirləri və partlayıcılar üzrə mütəxəssislərinin olduğu bildirilir.

Hazırda Ənbar əyalətinin Fəlluca və Rəmadi, Səlahəddin əyalətinin Beyci qəzaları hərbi əməliyyatlara şahidlik edir.

Məlumatda bildirilir ki, İraq hökuməti Ənbardan olan 7000 könüllünü silahlandırmağa başladığını bəyan edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2015  11:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!