إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordu qüvvələri ilə toqquşmada onlarla İŞİD terrorçusu məhv edilib

İraqın qərbində, əl-Ənbar vilayətindəki təhlükəsizlik qüvvələrinin qərargahı bildirib ki, təhlükəsizlik qüvvələrinin əl-Ənbar vilayətinin qərbində, Hədisə şəhərinin Pərvanə məntəqəsində İŞİD terrorçularına qarşı əməliyyatında 32 terrorçu məhv edilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İrib agentliyinin məlumatında bildirilir ki, İraq ordusunun əl-Ənbar vilayətində həyata keçirdiyi əməliyyatlar davam edir və İraq ordusunun ağır artilleriya atəşi nəticəsində əl-Ənbar vilayətinin mərkəzi olan əl-Rəmadi şəhərinin cənub-şərqində, Səqlaviyə şəhərinin Buşcil məntəqəsində 20 terrorçu ölüb.


İraqın şimalında, Səlahəddin vilayətində də xalq qüvvələri komandanlığı bildirib ki, xalq qüvvələri Bici şəhərinin şimalında 10 İŞİD terrorçusunu məhv ediblər.

İraqlı qüvvələr həmçinin Bici şhərində Təl-Zətər məntəqəsini terrorçulardan təmizləyiblər. Həmçinin, Bici neftayırma zavodunun yaxınlığında yerləşən Bucvar kəndi də terrorçuların işğalından azad edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2015  20:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!