إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - İmam Zaman(ə.f)ın zühurundan öncə din dünyaya hakim kəsiləcək

Bu gün dünyada Əhli-beyt məktəbi sürətlə tanınmaqdadır və bir çox insanlar bu məktəblə maraqlanmaqdadırlar.Son illər bu məktəbin sürətlə yayılmasında İmam Hüseyn(ə)ın "Ərbəin" mərasimi xüsusi bir əhəmiyyətə malikdir.Hər il miyonlarla insan bu mərasimə heç bir dəvət olunmadan öz ixtiyarları ilə şövqlə qatılır və bu,dünyada qeydə alınan ən möhtəşəm bir mərasimdir.

Ahlibeyt.az-ın məlumatına görə,bunu İlahiyyatçəı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli cümə xütbəsi zamanı, İmam Zaman(ə.f)ın zuhuru öncəsi dinin dünyaya hakim kəsiləcəyi əlamətindən bəhs edən,hədisi şərh edərkən bildirmişdir.

İmam cümə qeyd etmişdir ki, İmam Sadiqdən(ə) nəql olunan hədisdə buyurur-Din bir gün bütün dünyada yayılacaq və heç bir müstəzəf insan( dindən xəbərsiz) qalmayacaq ki,ona İslamın haqq din olması çatdırılmasın .Hətta evlərdə oturan qadınlar da bunu eşidəcək.Bu İmam Zamanın(ə.f) zühuru ərəfəsində,(yani zühurdan əvvəl) baş verəcək və bundan sonra zühur baş verəcək.Əgər axirəzzamanda din yayılmasaydı yer məhv olardı.

İlahiyyatçı bildirmişdir ki,hədisdən aydın olur ki,İmamın zühurundan əvvəl dünyada din mövzusu aktual olacaq və bu artıq özünü göstərməkdədir.Mühüm olan məsələ isə haqq dini batil dinlərdən ayırmaqdır.Çunki din aktuallaşdıqda onunla bərabər saxta dinlər meydana gəlir və dindaxili qarşıdurmalar yaranır.Tarix göstərir ki, ən böyük cinayətlər məhz din adı ilə olunub və zamanımızdə də bu belədir.

İmam Sadiqdən qeyd olunan hədisin  ardında bildirilir ki, İmamın(ə.f) gəlişi bəndələrin başına bəla olacaq,Allah özünün höccətini inkar etməyincə heç bir ümmətə bəla nazil etməz.

Hədisdən göründüyü kimi,İmam Zamanı(ə.f) gözləyənlər arasında belə onu inkar edəcək yetrəincə insan olacaq.

Son illər sürətlə mənəviyyat və din yayılmaqdadır və bu gün şeytan məhz din səngərindən hucuma keçib. Bunun qarşısını almaq üçün isə dini bütövlikdə anlamaq lazımdır və dinin bir hissəsini götürüb digərindən imtina etmək olmaz.

Əgər bir gün görsəniz ki,sizin qəlbinizdə dinin bir bölməsinə daha çox rəğbət yaranıb bundan ehtiyat edin.Bir zamanlar yalnız Quran deyərək digər dəyərləri kənara atan bir dəstə müsəlman,sonda Əli(ə)nin əleyhinə qılınc qaldırdılar və məğlub olduqları zaman süngülərinə Quran ayələri taxanlar qarşılığında biz "Quranla" döyüşməyə gəlməmişik deyib Allahın vəlisinə qarşı itaətsizlik göstərdilər.

İmam Rza(ə) buyurur: Axirəzzamanda bir dəstə insan olacaq ki,biz Əhli-beyti sevəcəklər amma onların fitnəsi dəccalın fitnəsindən daha təhlükəli olacaq.

Deməli dinin yayılmasının mənfi tərəfləri də var və bu məsələni nəzərdən qaçırmaq olmaz. Bu gün həqiqi və saxta din movzusu gündəmə gəlib.Artıq dinlə dinsizlik arasında olan mübarizə dövrü geridə qalıb.İndi din daxilində düşüncələr toqquşmasıdır.

Din bütövlükdə həm Quran,həm Əhli- beyt   məhəbbətini,namazı,orucu,xümsü,mərhəməti,səxavəti,əxlaqi və mənəvi dəyərləri özündə bilşəşdiririr.Dinə bir güşədən deyil əhatəli,bütov və olduğu kimi yanaşmaq lazımdır, belə olarsa din bizim nəfsimizin xidmətində deyil biz dinin xidmətinda dayanacağıq.

Əgər nəfs cilovlanmazsa dini özünün xidmətçisi edəcək və özünü dinə uyğunlaşdırmayanlar mütləq dini özünə uyğunlaşdırmağa çalışacaq.Hətta dini biliklərini belə dinin əleyhinə işlədəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2015  04:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!