إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD Suriyanın tarixi əsərlərini qarət edib, satmaqla gəlir əldə edir

İngiltərə medi ifşa edib ki, İŞİD Suriyanın 10 min illik tarixi əsərlərini hər birini bir milyon dollara satır.

Ahlibeyt.az-ın Sahartv-yə istinadən məlumatına görə, Dayli-Mail  yazır ki, İŞİD terrorçuları Suriyanın 10 min illik tarixi əsərlər və abidələrin hər birini bir milyon dollara satır. Bu  terror qrupunun gəlirinin ildə milyardlarla dollara çatmasına səbəb olub.

Məlumatda bildirilir ki, İŞİD oğurladıqları əşyaları avtomobillə Suriyadan Livan və Türkiyəyə aparırlar. Orada vasitəçilər Skype ilə əşyaları nümayiş etdirir daha sonra dəllallar onları Avropada və Fars Körfəzi ətrafında yerləşən ərəb ölkələrindəki əntiq əşyalar satıcılarına ötürürlər və bu yolla  gizli muzeylərdə və auksionlarda nümayiş olunur.

Qəzetin internet portalı həmçinin Suriyanın Həmah şəhərindəki bir muzeydən oğurlanmış qızıl üzlüklü bürünc heykəlin şəkilini yayıb.

Qeyd olunur ki, İŞİD-çilər bu iş üçün qaçaqçı və dəllal şəbəkəsindən istifadə edirlər və qiymətli əşyalar avropalılıarın sifarişi ilə xaricə ötürülür. Bu əşyaların bəziləri Türkiyə və Livanda satışa çıxarılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2015  12:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!