|
• DünyadaAyətullah Xameneyi - "İraqdakı terrorçuların ömrünə az qalıb"Ayətullah Xamneyi İraqın Baş naziri heydər Əl İbadi ilə görüşü zamanı, İraqın siyasi,milli birlik və bütünllüyünün zərurətinə diqqət çəkərək İraqlı gənclərin ölkədəki terrora qarşı sərgilədikləri əzminə toxunaraq könüllü xalq qüvvələrinin ölkənin müxtəlif bölgələrində göstərdikləri cəsarətin gələcəkdə böyük nəticələri olacağını bildirmişdir. Ahlibeyt.az-ın Khamenei.ir-ə istinadla verdiyi xəbərə görə,İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamenei İraqın baş naziri Heydər əl-Abadini qəbul edərkən bildirib ki,İraq dövləti və xalqının terrorçulara müqaviməti bölgə ölkələrinin təhlükəsizliyini təmin edən əsas amillərdəndir. İraqlıların terrorla mübarizədə iradəsi və şücaəti daha mühüm rol oynayır. Ölkənizdə terrorçuların ömrünə az qalıb. Terror bu ölkədə müvəqqətidir.
Dini lider İraqda terrorla mübarizədə xalq qüvvələrinin səfərbər olmasını terror və imperializmə qarşı mübarizədə ən mühüm amil hesab edib, İraqda terrorçulara qarşı aparılan mübarizənin təkcə bu ölkənin deyil, bölgə ölkələrinin də təhlükəsizliyini təmin etdiyini bildirib.
O qeyd edib ki,keçmişdə İngiltərə müstəmləkəçiliyi və ABŞ hərbi müdaxiləsi dönəmində bu aydın sezilmişdir ki,düşmənlər İraq xalqının heç zaman səhnədə olmasını istəməmişlər.Bu üzdən xalqın dəstəyinə etimad olunmalıdır.
Ayətullah Xameneyi İraqda kürd-ərəb və şiə-sünni ixtilaflarının yaradılmasının imperializmə xidmət etdiyini vurğulayıb və bildirib ki, bu ölkədəki xalq qüvvələrinin səfərbərliyi bir çoxlarını narahat edir.
Ayətullah İraq baş nazirinə bildirib ki, İran İslam respublikası İraqın təhlükəsizlik və inkişafını özünün təhlükəsizlik və inkişafı bilir və biz İraq hökuməti və xalqına dəstəyimizi verəcəyik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2015 12:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |