إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisi şəhər merindən Bütün Gürcüstan Müsəlmanları İdarəsinə minnətdarlıq(foto)

Gürcüstan paytaxtı Tbilisidə baş vermiş təbii fəlakətdən zərərçəkənlərə Bütün Gürcüstan müsəlmanları İdarəsi(BGM)nin və din mərkəzləri tərəfindən yardım edilib

BGMİ-dən Ahlibeyt.az-a verilən məlumatda bildirilir ki,Bütün Gürcüstan Müsəlmanları İdarəsi, dini təşkilatların və xüsusi ilə "Alulbeyt" Dini Mərkəzinin təşəbbüsü ilə Tbilisidə baş vermiş təbii fəlakət zamanı zərərçəkmiş ailələrə və abadlıq işləri aparan könüllülərə 8000 lari məbləğində humanitar yardım göstərərək ərzaq məhsulları, məişət məmulatları və ləvazimatları çatdırıb.

Eyni zamanda bu gün İdarənin əməkdaşlarından olan 30-a yaxın şəxs könüllülərə qoşulub əmək sərf etdilər. Onu da qeyd edək ki, alınan məhsullardan əlavə zərərçəkənlər üçün ayrılmış yardım fondunun hesabına da əlavə olaraq 5000 lari məbləğində pul köçürülüb.

BGMİ-nin şeyxi Ramin İgidov və müftiləri müsəlman əhaliyə səslənərək zərərçəkənlərə yardım məqsədilə müəyyən addımların atılmasını tövsiyə etdilər. Onlar bu xeyirxah addımın dindarlıq, vətəndaşlıq və ən başlıcası insanlıq borcu olduğunu bildiriblər. Edilən yardımlara və müsəlmanlardan göstərilən humanitar addıma, maddi və mənəvi dəstəyə görə şəhərin meri David Narmania və Dini Məsələlər Üzrə Dövlət Agentliyini sədri Zaza Vaşaxmadze din rəhbərlərinə və müsəlman icmasına minnətdarlığını bildirdilər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2015  11:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!