|
Hacı Şahin Həsənlinin Ramazan ayı xütbələrini dinləmək mümkün olacaqİlahiyyatçı alim,"Məşədi Dadaş"məscidinin imam cüməsi Hacı Şahin Həsənlinin gündəlik Ramazan xütbələrini saytımızda dinləmək mümkün olacaq Hər il olduğu kimi bu il də mübarək Ramazan ayının daxil olması ilə əlaqədar ölkənin bir çox məscidlərində təşkil olunan mərasimlərdə dualar oxunacaq ruhanilər və ilahiyyatçı din alimləri tərəfindən xütbələr oxunacaq. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,paytaxtın "Məşədi Dadaş"məscidində iyun ayının 18-dən etibarən(günorta namazlarından sonra) tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli tərəfindən özündə əxlaqi və mənəvi dəyərləri ehtiva edən mövzularda gündəlik Ramazan xütbələri oxunacaq. Bu ayın fəzilət və əhəmiyyəti nəzərə alınaraq bu xütbələrin audioyazısı hər gün yenilənərək saytımızda yerləşdirilməsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırırıq ki,saytda olan movcud medialinklə yanaşı, saytın Facebook səhifəsindən, həmçinin telefon və planşetlər üçün nəzərdə tutulan xüsusi linkdən də xütbələri dinləmək və paylaşmaq mümkün olacaqdır.Xütbələrin dinlənməsi üçün istifadəçinin facebook profilinin aktiv olunması zəruruidir. http://ahlibeyt.az/xutba/1.mp3 https://www.facebook.com/ahlibeyt.az?ref=hl Qeyd-bu xütbələrin digər şəbəkələrdə yerləşdirilmsi, üzünün köçürülərək yayılması,paylanması və ya satışa çıxarılmasına icazə verilmir. Bildirək ki,xütbələr yenilənərkən bütün keçmiş paylaşımlarda yalnız son yerləşdirilmiş xütbəni dinləmək mümkün olacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2015 15:12 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |