إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçı mövqeyi - Rəhmət dinini lənətə çevirənlər....

Müqəddəs kitabımız Qurani kərimdə 114 sürənin 113-ü Allahın rəhman və rəhim sifətləri(Bismillahir rəhmanir rəhim) ilə başlayır və bu da özlüyündə bu müqəddəs kitabın insanlara hansı hədəf uğrunda və hansı üslubda gəldiyini aşkar başa salır.

Yalnız bir sürədə - "Tövbə" sürəsi nazil olarkən Allahın rəhmət sifəti qeyd olunmayıb və həmin sürə müşriklərə qarşı ünvanlanıb.lakin surə lənətlə də başlamır.Quranda rəhmətin əksinə lənətə başlayan hansısa bir sürə varmı?.. Və yaxud dini təbliğ edən zaman hikmət və gözəl moizə əvəzi lənət və təhqirdən istifadə etməni tövsiyə edən hər hansı bir ayə varmı?... Әlbəttə yoxdur çünki, insan təbiətinə və sağlam düşüncəyə zidd olan bu üslub Quranın hədəf və mahiyyəti ilə kəskin ziddiyyət təşkil edir.

Keçək Quranın həqiqi müfəssiri olan Hz.Peyğəmbərə(ə) - Rəhmət peyğəmbəri düşmənə qarşı hansı əxlaqı sərgiləyirdi? Təbliğatında hansı üslubdan istifadə edirdi? Әtrafındakı kafirlərə, müşriklərə lənət və qəzəb saçardı və ya rəhmət və insaniyyət?

Məgər Quran demir ki, ey rəsulum əgər insanlara qarşı sərt olsaydın ətrafından dağılardılar! Niyə axı? Nədən Həzrəti Məhəmməd(ə)- "Hidayət edən Allahdı" məntiqi ilə çıxış edib müşrikləri gecə-gündüz lənətləmirdi. Axı müşrikə lənət demək caizdir!

Məşhur bir hədisdə peyğəmbərin əxlaqının eyni Quran olduğu qeyd olunur.Görəsən peyğəmbərimiz Quranı öz əməllərində necə təccəssüm etdirirdi? Rəhmətlə ya lənətlə? Yaxud müşriklə tovhid mövzusunda münazirə edərkən müşrikə "Ey misirli qardaş" deyən İmam Sadiq barəsində fikriniz nədir? Axı Quran aşkar deyir ki, istənilən günahı bağışlayaram, amma, şirki əsla!!! Bəs belə bir müşrikə İmam Sadiq niyə qardaş deyir?

Cavab çox sadədir-əgər sahib olduğun əqidənin, düşüncənin, fikir və ideologiyanın irəli getməsini və digər insanlara çatmasını istəyirsənsə yumuşaq və şirindilli olmalısan.Təhqir yalnız qarşı tərəfdə kin-küdurət yaradır, uzaqlaşdırır.....

Deyə bilərsən ki, bəs Quran zalımları lənətlədiyi halda biz niyə lənətləməyək?

Lənətə layiq olan kəslərə şübhəsiz lənət etmək olar, bunda şübhə yoxdur.Amma bu harda gəldi? Heç bir məsləhəti nəzərə almadanmı? Təhlükə olsa da belə? Quran deyirmi ki, lənəti aşkar demək vacibdir? Quran deyirmi ki, ardına da baxmadan harda gəldi necə gəldi lənətlə? Bunu demək Qurana iftira olar.....

İndi isə bəziləri nəinki müxalifləri hətta özündən olanları da lənətləyir,özü də yeni model lənət kəşf etmklə,heç rəhmət barədə bu qədər canfəşanlıq etmirlər.Amma lənətə gələndə şirə və haqq müdafiəçilərinə çevrilirlər.....indi bəziləri axirəzzaman fəqihlərini də lənətləyir....niyə? Hansı əsasa görə? əlində möhkəm dəlil var? ya dəlil olmasa da olar, əsas odur ki, sinəndəki kini yaxşıca qusmağın yolunu axtarırsan.

Bu səhnəni izləmək çox üzücüdür, amma təəssüf ki, günümüzün rəallığıdır..

İlahiyyatçı alim - Əbülfəz Hüseyni

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2015  19:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!