إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirin"Əl-Əzhər"İslam mərkəzinə rəqib "Beynəlxalq İslam Araşdırmalar" mərkəzi təsis olunurur

"Dünyaya həqiqi İslam maarifini yaymaq hədəfi ilə İndoneziyada beynəlxalq İslami araşdırmalar mərkəzi təsis olunacaq" – İndoneziyanın prezidentinin müavini Yusif Kala bu barədə belə informasiya yayıb.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,İndoneziya"jakartapost"agentliyinin məlumatında qeyd olunur ki,İndoneziya prezidentinin müavini Yusif Kala bu barədə deyib: İndoneziya çoxkonfessiyalı cəmiyyətli ölkələrdən biri olaraq İslamın genişlənməsində ən nüfuzlu rola malik olmalıdır.

O, dünyaya həqiqi İslam maarifini yaymaq hədəfi ilə İndoneziyada "Beynəlxalq İslam Araşdırmalar" mərkəzinin təsis olunması üçün 200 hektar yerin alındığına işarə edərək, bildirib - "Bu məsələni bəzi müsəlman ölkələri – (Afrika-Asiya İslami həmkarlıq toplantısında) - bizdən tələb edirlər ki, İndoneziya müsəlmanlarının sayına görə çoxluq təşkil etdiyi üçün müsəlman dünyasında cərəyan edən hadisələrə təsirli nüfuz etməlidir.

O qeyd edib ki, İndoneziyanın "Əl-Əzhər"ə rəqib sayılan bir  beynəlxalq İslami araşdırmalar mərkəzi təsis olunmalıdır. Belə ki, İslamı öyrənmək üçün hamı İndoneziyaya üz tutusn.

Qeyd edək ki,hazırda dünyada təqribən 1,57 milyarddan çox müsəlman yaşayır və bu dünya əhalisinin 23% - ini təşkil edir. Əhalisi 250 milyonluq İndoneziyada isə 204 milyon müsəlman yaşayır ki,bu da dünya müsəlmanlarının 13% ni təşkil edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2015  17:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!